AZ

BYD qlobal elektrik avtomobil bazarında liderliyini möhkəmləndirdi

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin avtomobil istehsalçısı BYD elektrik avtomobillərinin istehsalına görə ABŞ-ı ötərək dünya liderliyinə yüksəlib.

Banco.az xəbər verir ki, şirkətin Honkonq Fond Birjasına açıqladığı istehsal və satış hesabatına əsasən, BYD həm hibrid, həm də tam elektrik  seqmentində liderliyini daha da gücləndirib.

Məlumata görə, ötən il ərzində BYD-nin yeni enerjili nəqliyyat vasitələrinin istehsalı əvvəlki illə müqayisədə 5,4 faiz artaraq 4,5 milyon ədədi ötüb. Satış həcmi isə 7,7 faiz artımla 4,6 milyon avtomobilə çatıb.

Şirkət 2025-ci ilin dekabr ayında da yüksək satış tempini qoruyub. Belə ki, təkcə dekabr ayında 420 398 yeni enerji avtomobili satılıb, istehsal həcmi isə 419 814 ədəd təşkil edib. Bu göstəricilər BYD-nin ilboyu sabit artım dinamikasını təsdiqləyib.

Analitiklərin fikrincə, əldə olunan nəticələr BYD-nin qabaqcıl batareya texnologiyalarına, şaquli inteqrasiya olunmuş istehsal modelinə və yüksək miqyaslı istehsal gücünə malik olduğunu bir daha sübut edir. Şirkət texnologiya və istehsal gücünü paralel şəkildə idarə edə bilən nadir qlobal brendlərdən biri hesab olunur.

BYD-nin tam elektrikli avtomobillər seqmentindəki uğuru da xüsusi diqqət çəkir. Keçən il şirkətin elektrik avtomobillərinin satış həcmi əvvəlki illə müqayisədə təxminən 28 faiz artaraq 2 milyon 250 min ədədə çatıb.Bu nəticə BYD-yə qlobal tam elektrikli avtomobil satışlarında ən yaxın rəqibini 600 min ədəddən çox fərqlə qabaqlamağa imkan verib.

Seçilən
69
21
banco.az

10Mənbələr