AZ

“Neftçi”nin legioneri millidə zədələndi

“Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda Afrika Millətlər Kubokunda zədələnib.

Msport.az xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.

O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Benin – Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
33
31
msport.az

10Mənbələr