AZ

Tramp: ABŞ Ukraynaya xərclənən pulları minerallar üzrə saziş sayəsində geri alacaq...

ABŞ-nin Ukraynaya verdiyi yardımların böyük hissəsi yeni təbii resurs sazişi ilə kompensasiya olunacaq...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukraynaya xərclənmiş bütün maliyyə vəsaitlərini Ukrayna ilə təbii resurslar üzrə bağlanmış saziş vasitəsilə geri ala bilər. Tramp qeyd edib ki, əvvəlki ABŞ prezidenti Co Bayden Ukraynaya yardım məqsədilə 350 milyard dollar ayırıb, lakin yeni saziş sayəsində bu vəsaitin böyük hissəsini geri qaytarılacaq.

Tramp bu barədə öz təyyarəsində jurnalistlərə açıqlama verərkən danışıb. Həmin açıqlamanın videosu Ağ Evin YouTube kanalında yayımlanıb.

“Biz nadir torpaq elementləri üzrə saziş bağlamışıq… Bu yolla bu pulların əhəmiyyətli hissəsini geri qaytaracağıq. Bəlkə bütün bu pulları, bəlkə daha da çoxunu”, deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində ABŞ və Ukrayna Ameriko-Ukrayna İnvestisiya Bərpa Fondu yaratmaq barədə razılaşma imzalayıb. Sazişə əsasən, ABŞ Ukraynanın təbii sərvətlərinin inkişaf layihələrinə – alüminium, berilium, kobalt, mis, platin, uran, vanadium və digər mineralların hasilatına çıxış əldə edir. Razılaşma həmçinin neft və təbii qaz layihələrini də əhatə edir.

Ekspertlər bildirirlər ki, bu saziş ABŞ üçün həm strateji resurslara çıxış, həm də Ukraynaya maliyyə dəstəyi üçün xərclənmiş vəsaitlərin geri qismən kompensasiyası imkanını yaradır. Analitiklər qeyd edirlər ki, belə bir model ABŞ-ın beynəlxalq maliyyə siyasətində yeni praktik nümunə sayıla bilər.

Poliqon.info

Seçilən
70
50
poliqon.info

10Mənbələr