AZ

Yer atmosferinin hissəcikləri Ay səthinə daşınıb

Rochester Universitetinin alimləri Yer atmosferinin kiçik hissəciklərinin milyardlarla il ərzində Ay səthinə ötürüldüyünü müəyyən ediblər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Günəş küləyi ionlaşmış hissəcikləri Yerin maqnit sahəsi boyunca Aya istiqamətləndirir və bu hissəciklər zamanla Ay torpağında toplanır.

Alimlər bildirirlər ki, Ay səthində saxlanılan su, azot və digər uçucu maddələr gələcək Ay missiyaları üçün mühüm resurs ola bilər. Tədqiqatın nəticələri Apollo missiyalarından əldə edilən nümunələrlə də uyğunluq təşkil edir.

NASA və ABŞ Milli Elmi Fondu tərəfindən maliyyələşdirilən araşdırma Nature Communications Earth & Environment jurnalında dərc olunub.

Zeynəb Tehranlı

Seçilən
81
15
azedu.az

10Mənbələr