AZ

"İzmirdə qara bir qız var, ona aşiq olmuşam"

İbrahim Tatlısəs canlı yayımda verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, 73 yaşlı sənətçi İzmirdə yaşayan bir qadına aşiq olduğunu açıqlayıb.

Canlı yayım zamanı "İzmirdə qara bir qız var və mən ona aşiq oldum" deyən Tatlısəs studiyadakıları və tamaşaçıları təəccübləndirib. Onun bu sözləri qısa müddətdə sosial mediada geniş yayılıb və yeni sevgilisinin kimliyi ilə bağlı maraq doğurub.

Qeyd edək ki, İbrahim Tatlısəsin şəxsi həyatı uzun illərdir ki, musiqi karyerası qədər ictimaiyyətin diqqət mərkəzindədir. Sənətçi həyatında bir neçə evlilik və uzunmüddətli münasibətlər yaşayıb. İlk evliliyini Ədalət Sara ilə edən Tatlısəsin bu nikahdan Əhməd Salim, Gülşen Sara və Gülden Ferrah adlı üç övladı var. Daha sonra aktrisa Perihan Savaşla evlənib və bu evlilikdən Melek Zübeydə dünyaya gəlib.1980-ci illərdə Derya Tuna ilə münasibətindən oğlu İdo dünyaya gəlib. Tatlısəsin qızı Dilan Çitak da əvvəlki münasibətlərindən doğulub və sonradan sənətçi tərəfindən qəbul edilib. 2011-ci ildə Ayşegül Yıldızla evlənən Tatlısəsin bu nikahdan Elif Ada adlı qızı var. Cütlük 2013-cü ildə ayrılıb. Son illərdə isə sənətçinin adı tez-tez Gülçin Karakaya ilə hallandırılıb.

Fidan
Milli.Az

Seçilən
41
50
milli.az

10Mənbələr