AZ

BakuBus a məxsus sərnişin avtobusu minik maşını ilə TOQQUŞUB

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda "BakuBus"a məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.

View this post on Instagram

Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib. O qeyd edib ki, hadisə ötən gün saat 18:38-də qeydə alınıb:

"BakuBus" MMC-nin istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, qarşıdan gələn minik avtomobili sürücüsünün idarəetməni itirməsi səbəbindən əks hərəkət zolağına çıxıb və avtobusla toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyi təmin edilib və operativ şəkildə həmin marşrut üzrə hərəkət edən digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
6
oxu.az

10Mənbələr