AZ

Vernidub Abasovun növbəti transfer səhvini üzə çıxartdı - O, “Neftçi”lik deyil

Yuri Vernidub daha bir futbolçunun “Neftçi”də perspektivini görmür.

Yeni baş məşqçi bosniyalı qapıçı Kenan Piriçlə yanaşı, Falaye Sakonun transferini səhv hesab edir.

Ukraynalı mütəxəssis bu barədə öz fikrini klub rəsmiləri ilə görüşündə dilə gətirib.

Dekabrın 9-dan bəri burada çalışan təcrübəli sükançı Samir Abasovun vaxtında kollektivə cəlb edilən sağ cinah müdafiəçisinin komandanın gücünə güc qatmadığı qənaətində olduğunu bildirib.

Vernidub qeyd edib ki, 30 yaşlı legioner mövsümün geridə qalan bölümündə özünü yaxşı tərəfdən göstərə bilməyib, əksinə, bir çox səhvləri ilə yadda qalıb.

“Neftçi” Mali millisinin üzvü ilə ötən ilin yayında 2+1 illik müqavilə bağlayıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də - “Monpelye”də keçirib.

O, Mali yığmasının 42 matçda meydana çıxıb, 2 qol vurub.

SPORTİNFO.AZ

Seçilən
76
50
sportinfo.az

10Mənbələr