AZ

Mədəni yüngülləşdirəcək ən faydalıŞORBA

Qastroenteroloq Sergey Lopatin ziyafətdən sonra mədəni yüngülləşdirəcək ən faydalı şorbanı açıqlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə həkim lenta.ru-ilə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, bol yeməkdən sonra və ya spirtli içkilərdən sonra mədəni yüngülləşdirmək üçün adi toyuq şorbası, yüngül bulyonda hazırlanmış, idealdır.

“Bu yemək həzm sisteminin fəaliyyətini aktivləşdirir və alkoqolun təsiri ilə qıcıqlanmış mədə selikli qişasının vəziyyətini normallaşdırmağa kömək edir. Alternativ olaraq tərəvəz bulyonunda hazırlanan şorbalar, məsələn, yağsız borş və ya şçi də uyğundur. Onlar mədə-bağırsaq sistemini yormur və yumşaq bərpa prosesinə şərait yaradır”, - deyə Lopatin izah edib.

Aytəkin TOFİQQIZI

Seçilən
104
4
redaktor.az

6Mənbələr