Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda faciəli hadisə baş verib. Rayon mərkəzindəki bazarda yerləşən zərgərlik mağazasında 27 yaşlı Sahib Bayramov və onun atası silahlı hücuma məruz qalıblar.
Busaat.az bildirir ki, hadisə zamanı naməlum şəxs odlu silahdan istifadə edərək ata və oğulu güllələyib. Sahib Bayramov ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçaraq izini itirib.
Hücumun motivləri hələlik məlum deyil.