Türkiyənin paytaxtı Ankarada yaşayan və ABŞ lideri Donald Trampın qızı olduğunu iddia edən Necla Özmen "atasına" çağırış edib.
News365.az xəbər verir ki, o, Donald Trampa müraciət edərək Venesuela prezidenti Nikolas Maduronun azadlığa buraxılmasını istəyib.
Xatırladaq ki, bir müddət əvvəl Necla Özmen adlı bu qadın Donald Trampın onun bioloji atası olduğunu iddia edib. O, 27-ci Ailə Məhkəməsində atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. Özmen DNA testi götürülməsini tələb edib.
Məhkəmə 10 oktyabr tarixli qərarı ilə iddianı rədd edib. Qərarda qeyd olunub ki, ərizədə Trampın ata olması ilə bağlı heç bir konkret sübut təqdim edilməyib və bu, prosessual deyil, mahiyyətə aid çatışmazlıqdır. Bu səbəbdən iş üzrə araşdırma aparılmasının mümkün olmadığı bildirilib.