sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək "Zirə"nin yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri müəyyənləşib. Sport24.az xəbər verir ki, Ukrayna təmsilçisi "Aleksandriya" rəsmi saytında "qartallar"la qarşılaşacağını bildirib. Qarşılaşma yanvarın 16-da Bələk bölgəsində baş tutacaq.Qeyd edək ki, "Zirə" yanvarın 10-da hazırlıq prosesi üçün qardaş ölkəyə yollanacaq. Komanda iki yoxlama matçı keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 17-də Bakıya qayıdacaq.
"Aleksandriya" isə Ukrayna çempionatının autsayderlərindəndir. Komanda hazırda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.