Bakı. Trend:
Yeniyetməlik — uşaqlıq və yetkinlik arasında baş verənəhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf, eyni zamanda özünükəşfetmə dövrüdür.
Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayətedilməlidir?Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necəolmalıdır? Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyəbacarıqları hansılardır?
Trend xəbərverir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Psixi SağlamlıqMərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı aydınlıqgətirir.
- Elnarə xanım, ilk öncə bilmək istərdik ki, yeniyetmələrkimlərə deyilir və onların psixoloji özəllikləri nədənibarətdir?
- Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan,adətən 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial vəintellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacibbir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanıanlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlarazyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaqgörünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənlərionlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdəninarxası açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və yaqismən uşaqlarımız görür.
Bu dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarındaolmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çoxvacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, cinsiyetkinlik əlamətləri üzə çıxmağa başlayır, səs tonu dəyişir,tərləmə artır, adətlər başlayır, hormonal dəyişiklik duyğu vədavranışlarda özünü göstərir.
Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqididüşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, teztəsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar,gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərininaxtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçünyaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallarortaya çıxır.
Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”,“ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsiistənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz,üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərtqəbul edilir.
- Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayətolunmalıdır?
- Hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü dədəyişməlidir. Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərəşahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində,sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kimsığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir.
Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, həttavəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı,əhval-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır.Çünki bu əhval-ruhiyyə onun üçün bir günəş şüası kimidir.
Valideynlər öz aralarında olan nifaqı uşaqlara hissetdirməməlidirlər, lakin yanlış doğru olanları da onlara dərketdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətləretsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərinitəkrarlayırlar.
- Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necəolmalıdır?
- Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var.Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahətetmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələriseçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşıyaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyacduyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətləraxtaracaq.
Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuzsayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahatolacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissiniverməyəcək, utancaqlıq yaratmayacaq.
Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə müdaxilə etmək nəqədər düzgündür? Burda ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır.Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlamsəmimiyyətin və güvənin bünövrəsini qoymamısızsa, uşağınızladanışmaq çox çətin olacaq.
6-7 yaşlardan başlayaraq, uşaqlar öz genderliyini dərketməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə,maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətlərivə virtual dostları haqqında danışmaq lazımdır.
- Ailədaxili münasibətlər sistemi necə olmalıdır ki,yeniyetmələr şəxsi inkişaf böhranı zərərsiz keçə bilsin?
- Hər bir ailədə fərdlərin özünəməxsus adətlər və şəxsi modellərsistemi var. Vacib olan məsələ təkcə valideynlərin necə biri olmasıvə bu valideynlərin necə bir övlad yetişdirmək istəməsi deyil. Eynizamanda, vacibdir ki, valideynlər bunun üçün nələr etməyəhazırdırlar və kömək üçün kimlərə, hansı qurumlara müraciət edəbilərlər. İlk vacib bağ burda ata-ana bağıdır. Bu, hər zaman sabitvə standart olmur.
Əgər bir valideyn özü sosial psixoloji böhranları aşa bilmirsə, bu,problemin bir tərəfidir. Valideynlərin hər ikisi, yaxud biri özüyeniyetməlik böhranlarını pis keçirdibsə və vaxtında psixolojidəstəkdən imtina edibsə, onun özünün psixoloji vəziyyəti qənaətbəxşolmayacaq. Təəssüf ki, çox zaman psixoloqa mənasız dəstək kimiyanaşırlar və ən son anda artıq heç bir dərman kömək etməyəndə onamüraciət edirlər.
Digər vacib əlaqə valideyn və uşaq arasındakı bağdır: valideyn nəqədər uşaq üçün əlçatandır, ünsiyyətləri hansı formada davam edir,mənəvi-emosional mübadilə nə qədər sıxdır. Ailədə iki və daha çoxuşaq varsa, onlar arasında münasibətlər, valideynlərin özbacı-qardaşları ilə ünsiyyətləri önəmlidir.
Bunları nəzərə alaraq, ailə birliyi amilinə diqqət yetirilməlidirvə ailənin hər bir fərdi sevildiyini hiss etməlidir. Eyni zamanda,öhdəliyi yerinə yetirmək həm özünə, həm ətrafa hörmət əlamətiolmalı, edilən səhvlərin ailədaxilində müzakirəsi aparılmalıdır.Bundan başaq, ailə üzvlərinin özünəməxsus hobbi, maraq və zövqləritəhqir obyekti olmamalı, uşaqların həyatına daxil olan yeni dost vəsevimli obrazların seçimi kəskin tənqid edilməməlidir.
- Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyəbacarıqları hansılardır?
- Yeni bilik, bacarıq və məlumatlar gərəklidir. Valideynin ilkişi özünün nümunəsidir. “Mən etdim - sən etmə, “Mən edirəm, çünkiasılılığım var”, “Siqareti ata bilmirəm - sən başlama” kimicümlələri deməklə problem həll olunmur.
Valideynlər səmərəli və əyləncəli məşğuliyyətlər haqdamaraqlanmalı, bunları böyük həvəslə evdə tətbiq etməlidirlər. Həttauşaq başlanğıcda qatılmaq istəməsə də, müşahidəçi kimi qala bilər.Heç kim ideal deyil, eləcə də valideynlər. Lakin bu düşüncə heçkimə haqq vermir ki, öz üzərində işləməsin və səhvlərinitəkrarlasın. Dəyişilmək, başqa biri olmaq, güzəşt etmək heç dəzəiflik demək deyil. Əlbəttə ki, müəyyən yaşa qədər insan orqanizmiböyüyür və onunla birgə bizim psixologiyamız da inkişaf edir. Ammamüəyyən yaşdan sonra bədən böyümür, lakin psixologiyamız davamlıinkişaf ehtiyaclı olaraq qalır.