ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi, FTB və Narkotiklərlə Mübarizə İdarəsi Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşına qarşı həyata keçirilən əməliyyatla bağlı birgə açıqlama yayıb.
Bildirilib ki, əməliyyat narkotik böhranı və əlaqəli cinayətlərlə bağlı aparılan cinayət təqibini dəstəkləmək məqsədi daşıyıb və aylarla davam edən koordinasiya nəticəsində həyata keçirilib.
Açıqlamada vurğulanıb ki, ABŞ məsələni dinc və hüquqi yollarla həll etmək üçün bütün imkanları dəyərləndirib, lakin bu fürsətlər dəfələrlə rədd edilib. Əməliyyatın federal qurumlar arasında sıx əməkdaşlıq və etimada əsaslandığı qeyd olunub.
Bundan əlavə, ABŞ Senatının üzvü Lindsi Qrem isə Prezident Trampın yanında "Air Force One"-da verdiyi açıqlamada, “Maduro bu gün Türkiyədə ola bilərdi, amma o Nyu-Yorkdadır”, - deyə bildirib.
Qrem Maduronun ona təqdim olunan çıxış yolunu rədd etdiyini və nəticədə məsuliyyətin öz üzərində olduğunu bildirib.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.