AZ

“Yeni Klinika” “Bakcell”ə olan borcunu ödəməyib

“Bakcell” MMC “Yeni Klinika” Publik Hüquqi Şəxsi (PHŞ) məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, “Bakcell” MMC ilə “Yeni Klinika” arasında 2023-cü ildə mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, şirkət korporativ tarif çərçivəsində mobil rabitə xidmətləri göstərib və bunun üçün 20 ədəd SIM kart və nömrə təqdim edib. Həmin nömrələr klinikanın işçilərinin xidməti istifadəsinə verilib.

“Bakcell” müqavilə üzrə 1838 manat məbləğində borcun yarandığını bildirib.

“Yeni Klinika” PHŞ isə cavab məktubunda qeyd edib ki, klinikanın mühasibat uçotu sənədlərində “Bakcell” MMC ilə abunə müqaviləsinin bağlanmasına və ya 1838 manat borcun mövcudluğuna dair hər hansı məlumat aşkarlanmayıb.

Bildirilib ki, “Yeni Klinika” PHŞ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin tabeliyindədir, 100 faiz dövlət büdcəsindən maliyyələşdirilir və xidmətləri yalnız kotirovka və ya tender yolu ilə bağlanan satınalma müqavilələri əsasında əldə edir.

Nizami Rayon Məhkəməsi “Bakcell” MMC-nin iddiasını təmin edib.

Məhkəmə hesab edib ki, icra qeydinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə riayət olunub və iddiaçı bunun əksini sübut edən dəlillər təqdim etməyib. Bu səbəbdən icra qeydinin ləğvi üçün hüquqi əsaslar olmadığı qənaətinə gəlinib.

“Yeni Klinika” bu qərardan apellyasiya şikayəti verib. Lakin şikayət təmin edilməyib və qeyd edilən məbləğin “Bakcell” MMC-yə ödənilməli olduğu bildirilib. (teleqraf)

Seçilən
101
50
konkret.az

10Mənbələr