2011-ci ildə tanınmış türkiyəli müğənni İbrahim Tatlısesə qarşı silahlı hücumun icraçısı olan Abdullah Uçmak yaxın qohumunun dəfn mərasimində görüntülənib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Abdullah Uçmak həmin yas mərasiminə həbsxanadan icazəli şəkildə qatılıb. Onun mərasimdə iştirakı ilə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Hüquq-mühafizə orqanları mümkün insidentlərin qarşısını almaq məqsədilə mərasim boyunca təhlükəsizlik nəzarətini gücləndirib. Tədbir zamanı hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb.
Xatırladaq ki, sənətçi İbrahim Tatlısəs 14 mart 2011-ci ildə "İbo Şou" proqramının çəkilişlərindən çıxdıqdan sonra köməkçisi Buket Çakıcı ilə birgə beş nəfərin silahlı hücumuna mərzu qalmışdı. Hadisə zamanı sənətçi başından ağır yaralanıb. Məhkəmə A.Uçmaka “qəsdən adam öldürmək” maddəsi ilə 30 il həbs cəzası verib.