2022-ci ildə Qazaxıstanda baş verən iğtişaşların arxasında "inqilablar" üzrə mütəxəssislər dayanırdı.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Türküstan" qəzetinə deyib.
Onun sözlərinə görə, iğtişaşların təhrikçiləri hökumətin yanacaq qiymətlərini qaldırmaq qərarından istifadə edərək insanları küçələrə çıxmağa təhrik ediblər.
"İğtişaşların təhrikçiləri, "inqilab" mütəxəssislərinin nəzarəti altında, hökumətin yanacaq qiymətlərini qaldırmaq qərarından istifadə edərək kütləvi nümayişlərə səbəb olublar", - Tokayev qeyd edib.