AZ

Deputat: “Mehriban Əliyevanın fəaliyyəti insanlarda güvən hissi yaradır”

“Elə insanlar var ki, onlar cəmiyyətin ruhunda, insanların yaddaşında və talelərin dönüş nöqtələrində iz buraxırlar”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva məhz belə şəxsiyyətlərdəndir:

“Mehriban xanımın fəaliyyəti insanı duyan, insanı anlayan missiya kimi formalaşıb. Cəmiyyətin ən həssas təbəqələrinə göstərilən diqqət, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum uşaqlara, sağlamlıq imkanları məhdud şəxslərə olan qayğı Mehriban xanımın daxili dünyası ilə fəaliyyətinin vəhdətidir.

Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin humanist simasının formalaşmasında xüsusi rol oynayıb. Təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilən layihələr infrastruktur və proqramlarla məhdudlaşmır, onlar insanların həyat keyfiyyətinə real təsir göstərir”.

Deputat vurğulayıb ki, Mehriban Əliyevanın xüsusilə mədəniyyət sahəsində gördüyü işlər Azərbaycan kimliyinin qorunması və dünyaya təqdim olunması baxımından əvəzsizdir:

“Milli-mənəvi dəyərlərimizin yaşadılması, klassik və müasir irsin vəhdət şəklində təqdim edilməsi Mehriban xanım Əliyevanın baxış bucağının əsas xəttidir. Yanaşma keçmişə hörmət, gələcəyə məsuliyyət deməkdir.

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın fəaliyyəti dövlət institutlarının daha çevik, daha həssas və daha insan yönümlü işləməsinə mühüm töhfə verir. Böhran anlarında, fövqəladə hallarda, sosial narahatlıq yaradan məsələlərdə Mehriban xanımın mövqeyi hər zaman sakitləşdirici, birləşdirici və ümidverici olub”.

Günay Ağamalı diqqətə çatdırıb ki, Azərbaycan xanımının liderlik keyfiyyətinin ən ali göstəricisi məhz Mehriban xanım Əliyevadır:

“Mehriban xanım Əliyeva Azərbaycan qadınının müasir obrazını savadlı, güclü, zərif, eyni zamanda məsuliyyətli və mərhəmətli simasını formalaşdırıb. Bu gün qadınların ictimai-siyasi həyatda daha fəal iştirakı, özünə inamla irəli çıxması Mehriban xanıma Əliyevanın adı ilə birbaşa bağlıdır.

Birinci xanım Azərbaycanın tolerantlıq və hümanizm dəyərlərinin qorunması istiqamətində hər zaman prinsipial, məhsuldar fəaliyyət göstərib. Onun geridə qoyduğumuz il Vatikana səfər etməsi ölkəmizin dinlərarası dialoqun inkişafında moderator rolunun təsdiqidir”.

Siyasətçi onu da qeyd edib ki, Mehriban xanım Əliyeva Heydər Əliyev fondunun vasitəsilə minlərlə insanın ümidi olub: 

“Müxtəlif dövlətlərdə baş verən sarsıdıcı təbi fəlakətlər zamanı məhz Heydər Əliyev fondu zərərçəkmiş şəxslərin səsinə səs verib. Mehriban xanım Əliyevanın fəaliyyəti insanlarda güvən hissi yaradır. Bu gün Azərbaycan dövləti güclüdür.

Ölkəmizin gücü iqtisadi göstəricilərdən, siyasi mövqedən, eyni zamanda, humanizmə, mərhəmətə və sosial ədalətə söykənən idarəçilik fəlsəfəsindən qaynaqlanır. Mehriban xanım Əliyevanın fəaliyyəti bu fəlsəfənin canlı təzahürüdür”.  

Seçilən
108
50
cebheinfo.az

10Mənbələr