AZ

"Kızılcık şərbəti"nin Fatihisaxlanıldı

Türkiyədə tanınmış simalara qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində daha bir tanınmış şəxs saxlanılıb.

Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

Məlumata görə, “Kızılcık şərbeti” serialında “Fatih” obrazını canlandıran aktyor Doğukan Güngör hüquq-mühafizə orqanları tərəfindən gözaltına alınıb.

Bildirilib ki, son günlər məşhurlara yönəlik keçirilən narkotik əməliyyatları davam edir və bu əməliyyatlar çərçivəsində saxlanılanların sayı artmaqdadır. Doğukan Güngör də həmin əməliyyatlar zamanı saxlanılan şəxslər arasında yer alıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Nuriyyə NATİQQIZI

Seçilən
83
10
redaktor.az

10Mənbələr