AZ

Siqaretin qiyməti artıb?

Son günlər ölkə ərazisində satılan siqaretlərin qiymətlərinin artdığı söylənilir.

Qiymət artımının 30-40 qəpik arasında dəyişdiyi iddia olunur.

Oxu.Az məsələ ilə bağlı siqaret satışı həyata keçirilən bir neçə obyektdə sorğu keçirib.

Sorğu keçirdiyimiz obyektlərin heç birində siqaretlərin qiymətlərində artım müşahidə olunmayıb.

Satıcıların sözlərinə görə, qiymət artımının qarşıdakı günlərdə olacağı gözlənilir.

Xatırladaq ki, Milli Məclisdə tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb.

Elə isə, aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilən tütün məmulatlarından birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulan tərkibində tütün və ya bərpa edilən tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilib.

İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir.

Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilib.

Sözügedən təkliflər hər üç oxunuşda səsə qoyularaq qəbul olunub.

Daha sonra Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Qanuna əsasən, siqarilla (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə aksiz 1000 ədədə görə 45.5 manatdan 55 manata qaldırılıb.

Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Seçilən
78
6
editor.az

10Mənbələr