AZ

Şirin Mirzəyevin doğum günüdür Döyüş yolu hərb məktəbidir

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Diqqət, mən üç yüz birəm”

Bu bizik?!

Atatürkün bir müdrik kəlamını xatırlatmaq istəyirəm: O kişi yaşamalıdır ki, onun ayağının altında azad torpaq, başının üstündə azad bayraq olsun!

Qarabağ savaşı tarixinin səhifələrində qızıl hərflərlə həkk olunmuş bir ad da var ki, onu xatırlamamaq mümkün deyil. O, bizim hamımızın arzularımıza çatmağımız üçün canını fada edən bir qəhrəmandır və bu gün onun doğum günüdür.

Bu şəxs Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi, respublikamızda ilk nizami özünümüdafiə batalyonunun müəllifi Şirin Mirzəyevdir.

O, bu gün azad olan Xankəndində dünyaya gəlmişdi. Düşünürəm ki, Şirin Mirzəyev torpaqlarımızı düşmən tapdağından təmizləmək üçün öz qanını halal etdi. Ş.Mirzəyevin döyüş yolu bir hərbi məktəbdir desəm yəqin ki, yanılmaram.

Çünki Ş.Mirzəyev mənim üçün həmişə saflıq, təmizlik, düzlük simvolu olub. Mənə görə qeyrət təcəssümü olan bu qəhrəman tək Xankəndi şəhərinin, Qarabağın deyil, hətda o taylı-bu taylı Azərbaycanın, dünya azərbaycanlılarının qürur mənbəyidir. O, öz həyat və döyüş yolları, vətən qarşısındakı xidmətləri ilə özündən sonra bir abidə qoya bildi.

Hərdən mənə elə gəlir ki, əgər onlar və sonrakı 2-ci Qarabağ savaşındakı şəhidlərimiz, qazilərimiz olmasaydı bu günkü Azərbaycanımızın səması nə təmiz olardı, nə də müstəqilliyimizdən şirin nemətini bu qədər dada bilməzdik ! .

Həm də təəssüflə düşünürəm ki, o və onun kimi onlarla igidlərimizin dəyərini sağlıqlarında deyil, şəhid olduqdan sonra bilirik…

Həyatda yeri boş qalan, yeri hər zaman görünən Şirin Mirzəyevin ölümü isə dözülməz bir əzab, dərddir!

Açığını deyim, Şirinin ömrünü dəyərləndirməyə qüdrətli söz də tapa bilmirəm.

Ş.Mirzəyev həmişə deyirdi: “Ordusu olmayan bir ulus məhvə məhkumdur”. 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradan Şirin Mirzəyevin məhz sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi, Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edildi.

Baba Allahnəzərov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
131
46
icma.az

10Mənbələr