AZ

Andrey Demçenkonun köməkçiləri müəyyənləşdi

BAKI, 5 yanvar. TELEQRAF

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib. Baş məşqçinin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Seçilən
104
4
teleqraf.com

10Mənbələr