BAKI, 5 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın qızı olduğunu iddia edən türkiyəli qadın Necla Özmen “atasın” müraciət edib.
Teleqraf xəbər verir ki, o, Amerika liderini Venesuela Prezidenti Nikolas Maduronu azad etməyə çağırıb.
“Buradan atama səslənirəm: Maduronu azad et”, - o bildirib.
Qeyd edək ki, Necla Özmen bundan əvvəl Donald Trampın onun atası olduğunu iddia edib. İddiası məhkəmə tərəfindən rədd olunsa da, qadın ABŞ Prezidentinin qızı olduğunu sübut etmək üçün DNT analizinə hazır olduğunu açıqlayıb.