AZ

Şirvanda qadınlar arasında torpaq mübahisəsi dava ilə nəticələndi - TƏFƏRRÜAT

BAKI, 5 yanvar. TELEQRAF

Şirvan şəhərində qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı uzun illərdir davam edən münaqişə yenidən gərginliyə səbəb olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, tərəflər arasında mübahisə 2018-ci ildən bəri mövcuddur.

Məlumata görə, hadisə Aytacla qonşuları Ləman və onun bacısı qızı Rəqsanə (adlar şərti verilib - red.) arasında baş verib.

Hadisə axşam saatlarında olub. Aytac özünə məxsus həyətyanı sahədə çəkdiyi daş hasarın Ləman və Rəqsanə tərəfindən aşırıldığını iddia edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb, onlar qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq ifadələr işlədiblər.

Ləman və Rəqsanə bildiriblər ki, Aytacın çəkdiyi daş hasar onların evinə gedən yolu bağlayıb. Onların sözlərinə görə, mübahisə zamanı AytacRəqsanəyə qarşı fiziki zorakılıq tətbiq edib və onu boğmağa cəhd göstərib.

Aytac isə iddiaları təkzib edib, heç kəsə xəsarət yetirmədiyini, yalnız sözlü mübahisə etdiklərini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Tərəflərin izahatı alınıb. Məlum olub ki, bu hadisənin törədilməsindəAytac günahkardır.

Aytacın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi iləprotokol tərtib olunub.

Şirvan Şəhər Məhkəməsinin qərarı iləAytacın inzibati xəta törətməsi müəyyən edilməyib. Buna görə də onun barəsində başlanan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə icraata xitam verilib.

Seçilən
108
17
teleqraf.com

10Mənbələr