AZ

Ərdoğan və Tramp bu gün danışacaqlar

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, tərəflərin danışıqlar gündəmində "F-35" və "F-16" hərbi təyyarələrinin Türkiyəyə satışı əsas yer tutur. Donald Tramp bu məsələ ilə əlaqədar ötən günlərdə yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton əmindir ki, Ankara sözügedən təyyarələri İsrailə qarşı yönəltməyəcək. Bu əminlik fonunda təyyarələrin Ankaraya satılması imkanları araşdırılır.

Prezidentlər, eyni zamanda,CAATSAqanunu çərçivəsində sanksiyaların ləğvi,"Halkbank işi",habelə Suriyada və Qəzza zolağında cari vəziyyətlə əlaqədar məsələləri nəzərdən keçirəcəklər.

Xatırladaq ki, 2019-cu ildə Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ABŞ-nin etirazı ilə nəticələnib. Belə ki, Vaşinqton Ankaranı "S-400"lər əvəzinə məhz özündən "Patriot" sistemləri almağa çağırmışdı. Hərçənd Ankaranın imtinası fonunda Vaşinqton onu "F-35" proqramından çıxarmış, Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar irəli sürmüşdü.

Firudin Həmidli
AzVision.az
Seçilən
120
15
azvision.az

10Mənbələr