AZ

Ervin İbrahimoviç Monteneqronun Azərbaycan investisiyasının cəlb edilməsi baxımından perspektivli sahələrini açıqlayıb

Bakı.Trend:

Monteneqro Azərbaycanın regional və qlobal iqtisadiyyatdastrateji mərkəz kimi artan rolunu dərk edir və bunu alqışlayır.

Bunu Trend-ə Monteneqro hökumətinin sədr müavini vəxarici işlər naziri Ervin İbrahimoviç Bakı səfərinin yekunlarınadair verdiyi özəl müsahibədə bildirib.

“Monteneqronun Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiyaForumunda iştirakı Azərbaycanın iqtisadiyyatını şaxələndirməkniyyətini, eləcə də bizim müxtəlif sahələrdə mövcud investisiyaimkanlarından yararlanmağa hazır olduğumuzu nümayiş etdirir. Bizhesab edirik ki, regionda sabitlik, sülh və dayanıqlı inkişaf, ocümlədən Qarabağın bərpası və inkişafı investisiyalar üçünəlverişli mühit yaradır. Gözləyirik ki, Azərbaycan bazarıMonteneqrolu investorların, xüsusən də imkanlarını gücləndirərək vəregional əməkdaşlıq vasitəsilə tələbkar investisiya bazarındaetibarlı iştirakçılara çevrilməyə çalışan investorların diqqətinicəlb edəcək”, – deyə o bildirib.

Ervin İbrahimoviç hesab edir ki, investisiyalar üçün xüsusiləperspektivli sahələr energetika, infrastruktur, innovasiyalar,“yaşıl enerji", daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişafprinsiplərinə əsaslanan layihələrdir.

O əlavə edib ki, Azərbaycanın investisiya imkanlarınınMonteneqroda əlavə təşviqi işgüzar dairələrin daha yaxşıməlumatlandırılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələrimöhkəmləndirəcək konkret investisiyaların stimullaşdırılmasınaəhəmiyyətli töhfə verə bilər.

“Bu kontekstdə iki ölkənin institutlarını, biznes dairələrini vəinvestorlarını birləşdirən iqtisadi diplomatiya xüsusi əhəmiyyətkəsb edir. Əməkdaşlığın bu aspektləri qarşıdan gələn İqtisadiƏməkdaşlıq üzrə Birgə Komissiyanın sessiyası çərçivəsində əlavəmüzakirə olunacaq”, – deyə İbahrimoviç vurğulayıb.

O qeyd edib ki, energetika sektorunda əməkdaşlığındərinləşdirilməsi ilə yanaşı, Monteneqro Azərbaycan investisiyalarıüçün ölkənin iqtisadi inkişafının əsas sahələrindən biri olanturizmdə də geniş imkanlar görür.

“Monteneqro və Azərbaycan hökumətləri arasında 2011-ci ildəimzalanmış turizm sahəsində əməkdaşlıq haqqında mövcud Sazişgələcək investisiyalar və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsiüçün hüquqi baza yaradır. Xeyli sayda azərbaycanlı turistMonteneqroya səfər edir və gəlişlərin, eləcə də gecələmələrinsayında sabit artım müşahidə olunur ki, bu da Monteneqronun turizmistiqaməti kimi artan nüfuzunu təsdiqləyir. Bakı ilə Podqoritsa vəya Tivat arasında birbaşa reyslər əlçatanlığı daha da asanlaşdırırvə turizm, eləcə də iqtisadi əlaqəliliyi gücləndirir.

“Monteneqroda investisiyaların keyfiyyətindən danışarkən, mənhəmişə məmnuniyyətlə Portonovi lüks kompleksinə yatırımı qeydedirəm. Bu, Monteneqroda ən əhəmiyyətli və tanınmış Azərbaycaninvestisiyalarından biridir və ölkələrimiz arasında uğurluəməkdaşlığın rəmzinə çevrilib. Bu investisiya turizmin inkişafınamühüm töhfə verib, Monteneqronun beynəlxalq tanınmasını artırıb vəonun prestijli turizm istiqaməti kimi mövqeyini gücləndirib. Biz bucür nümunələri gələcək layihələr və azərbaycanlı investorlarla yenitərəfdaşlıqlar vasitəsilə dəstəkləmək istədiyimiz model kimidəyərləndiririk”, - deyə baş nazirin müavini bildirib.

O vurğulayıb ki, turizm və energetika ilə yanaşı, Monteneqroinfrastruktur layihələrində, tibbi və konqres turizmində, həmçininmilli parklarda və ölkənin şimal regionlarında dayanıqlı inkişaflayihələrində də Azərbaycan investisiyalarını görmək istərdi.

“Bar–Bolyare avtomagistralı kimi əsas infrastrukturobyektlərinin inşası əlavə investisiya imkanları açır və daha azinkişaf etmiş regionların əlçatanlığını artırır”, – deyəİbahrimoviç qeyd edib.

O əlavə edib ki, Monteneqronun NATO-ya üzvlüyü və Avropaİttifaqına gözlənilən üzvlüyü investorların etimadını daha damöhkəmləndirir və ölkənin investisiyalar üçün sabit, təhlükəsiz vəproqnozlaşdırıla bilən mühit olduğunu təsdiqləyir.

“Monteneqro hökuməti bütün ciddi və məsuliyyətli investisiyalarıprinsipial olaraq dəstəkləyir və artıq həyata keçirilmiş Azərbaycanlayihələri üzrə təcrübə göstərir ki, birgə təşəbbüslər ölkələrimizarasında ümumi iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədəinkişafına töhfə verə bilər”, – deyə hökumət sədrinin müavinivurğulayıb.

Məqalədə:
Seçilən
122
50
az.trend.az

10Mənbələr