AZ

Bayram günlərində paytaxtdan bölgələrə bu qədər sərnişin daşınıb

Bakı.Trend:

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal vəavtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri iləkeyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 29 dekabr–4yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyətgöstərib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)məlumat yayıb.

Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrəsərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyatakeçirliməsinə AYNA tərəfindən nəzarət olunub.

Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı BeynəlxalqAvtovağzal Kompleksindən (BBAK) bölgələrə 1834 reys həyatakeçirilib, 52410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başınaçatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 350-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarındanmüxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsiləonlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin50%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edibki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərintələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başınaçatdırılması təmin edilib.

Seçilən
105
46
az.trend.az

10Mənbələr