Bakı. Trend:
Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsiüçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə,dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçünciddi fəsadlara səbəb ola bilər.
Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez vəoxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıqsüfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildəsaxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradanyenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgünsaxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərinsürətlə çoxalması üçün əlverişli mühitə çevrilir.
El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlərmövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsisağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdəbelə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plovdüzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bubakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalartərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə,hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətliürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidəolunur.
Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaqvə ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinəsəbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədənbelə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və südməhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin vəonların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tipqidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsivacibdir.