AZ

DİQQƏT: Bu halda məktəblərdə distant təhsilə keçiləcək…

Son vaxtlar mövsümi qrip infeksiyasının sürətlə yayılması cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Xüsusilə, yoluxma sayının artacağı təqdirdə məktəblərin onlayn təhsilə keçib-keçməyəcəyi müzakirə mövzusuna çevrilib. Maraqlıdır, yoluxma halları artacağı təqdirdə məktəblərin distant təhsilə keçməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda müşahidə olunan vəziyyət mövsümi xarakter daşıyır və hər il dekabr–yanvar aylarında oxşar hallar qeydə alınır.

Onun sözlərinə görə, qripə yoluxma faktları dərslərin distant formada təşkilini avtomatik gündəmə gətirmir:

“Belə hallara görə dərslərin onlayn formata keçirilməsi yalnız hansısa ərazi üzrə kütləvi yoluxma aşkarlanarsa mümkündür. Bu zaman da bütün ölkə üzrə deyil, yalnız lokal xarakterli, bir neçə günlük tədbirlər görülə bilər.”

Haqqımda

Ekspert vurğulayıb ki, sinifdə 2-3 şagirddə qrip əlamətinin olması distant təhsilə əsas vermir:

“Əgər auditoriyada 25 şagirddən demək olar ki, hamısında yoluxma faktı varsa, o zaman xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti dərslər distant formada təşkil oluna bilər. Amma hazırkı vəziyyətdə buna ehtiyac yoxdur.”

Elçin Əfəndi valideynlərə də çağırış edib:

“Qrip mövsümi, yoluxucu xəstəlikdir. Valideynlər diqqətli olmalıdırlar. Əgər övladlarında xəstəlik əlamətləri varsa, onları məktəbə göndərməsinlər. Bu, digər şagirdlərin yoluxmasının qarşısını almağa kömək edər.”

Qeyd edək ki, hazırda ölkə üzrə təhsil müəssisələrində dərslərin distant formada təşkili ilə bağlı rəsmi qərar yoxdur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
103
28
konkret.az

10Mənbələr