AZ

“Çin bir ölkənin iradəsinin digərinə tətbiq edilməsinə qarşıdır” XİN başçısı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Çin davamlı olaraq güc tətbiqinə və ya güc tətbiq etməklə bir ölkənin digərinə hədə-qorxu gəlməsinə, öz iradəsini zorla qəbul etdirməsinə qarşı çıxır”.

525.az xəbər verir ki, bu barədə bu barədə Çinin xarici işlər naziri Van Yi Venesueladakı vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, hazırkı beynəlxalq vəziyyət daha da xaos və qarışıqlıq yaradıb, birtərəfli zorakılıq isə artmaqdadır.

"Biz heç vaxt hər hansı bir ölkənin qlobal polis rolunu oynaya və ya beynəlxalq hakim kimi çıxış edə biləcəyi fikrini bölüşməmişik. Bütün dövlətlərin suverenliyi və təhlükəsizliyi beynəlxalq hüquqla tam qorunmalıdır”, - nazir söyləyib.

Əlavə edib ki, Çin beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsini qətiyyətlə dəstəkləməyə, bütün dövlətlərin suveren bərabərliyi prinsipinə sadiq qalmağa, qlobal sülhü və inkişafı qorumağa və bəşəriyyət üçün ortaq gələcəyi olan bir icmanın qurulmasına töhfə verməyə hazırdır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
147
27
525.az

10Mənbələr