Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan 1-ci dəstəsinin mükafat fondu məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.
Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək.
Azərbaycan 1-ci dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO
İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”
Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub