Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb Bildirilib ki, Sumqayıt şəhərinin "Beton zavodu" adlanan ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.