AZ

Sumqayıtda 1200 abonent QAZSIZ QALACAQ

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Busaat.az-a verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
116
15
busaat.az

10Mənbələr