AZ

32 kubalı Maduroya görə ÖLDÜRÜLDÜ

ABŞ-nin Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin 3 yanvar gecəsi Karakasda tutulması əməliyyatı zamanı 32 Kuba vətəndaşı öldürülüb.

“Cebheinfo.az” xəbər verir ki, Kuba hökuməti 5 yanvar bazar ertəsi “Facebook”-da  bu barədə açıqlama yayıb.

Bəyanata görə, qurbanların hamısı ölkənin hərbi və kəşfiyyat xidmətlərinin üzvləri olub. Onların xatirəsinə 5 və 6 yanvar tarixləri Kubada matəm günləri elan edilib. Kuba hökuməti qeyd edib ki, təhlükəsizlik və müdafiənin təmin edilməsi ilə bağlı vəzifələrinə sadiq qalan həmvətənlərimiz öz vəzifələrini ləyaqətlə və qəhrəmanlıqla yerinə yetiriblər və şiddətli müqavimətdən sonra, hücum edənlərlə birbaşa döyüşdə və ya bombardmanlar nəticəsində həlak olublar.

“Reuters” yazır ki, Nikolas Maduro Venesuelada hakimiyyətə gəldikdən sonra Kuba hakimiyyəti onun təhlükəsizliyini qismən təmin edib. Maduronu qorumaq vəzifələrini yerinə yetirərkən neçə kubalının öldüyü, neçəsinin digər şəraitdə öldüyü məlum deyil.

ABŞ Prezidenti Donald Tramp da 4 yanvarda “Air Force One” təyyarəsində jurnalistlərə verdiyi açıqlamada 3 yanvarda "çoxlu kubalı öldürüldüyünü" təsdiqləyib. O, "Digər tərəfdə çoxlu ölüm hadisəsi baş verib. Bizim tərəfimizdə isə heç kim ölməyib",- deyib.

Seçilən
93
1
cebheinfo.az

2Mənbələr