AZ

Evdə köməksiz qalan 88 yaşlı kişi belə xilas edildi - VİDEO

Bakı şəhəri, Xətai rayonu ərazisində doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzildə 88 yaşlı kişi köməksiz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, ahıl şəxsin telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədiyini görən yaxınları narahat olublar və Fövqəladə Hallar Nazirliyini köməyə çağırıblar.

Qısa müddətdə hadisə yerinə yetişən FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını açaraq mənzilə daxil olublar.

Nəticədə 1938-ci il təvəllüdlü Quliyev Həsən Kərəm oğlu xilas edərək aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"

Seçilən
65
cebheinfo.az

1Mənbələr