ain.az, Newscenter.az saytına istinadən bildirir.
“İranda başlanan etiraz dalğasının teokratik rejimin dəyişməsinə gətirib çıxaracağını düşünməsəm də prosesin müəyyən nəticələr doğuracağı qənaətindəyəm”.Bunu Newscenter.az-a politoloq Əli Orucov son günlər İranda davam edən etiraz aksiyalarını şərh edərkən deyib. O bildirib ki, hazırda iki kəsim arasında tarazlıq kəskin şəkildə dəyişə bilər:“Ya dünyəvi və islahat tərəfrarlarının rolu artacaq, yaxud da mühafizəkar qanad bundan öz mövqelərini möhkəmləndirmək üçün bəhrələnəcək”.Əli Orucov hesab edir ki, İsrailin və ABŞ-ın İranla bağlı atacaqları addımlar indiki halda daha çox mühafizəkarların işinə yarayardı:““Xarici düşmən, yaxud faktor” diqqəti yayındıra və ayətullalara təbliğat imkanı verərdi. Bütün ssenarilərə isə Azərbaycanın hazır olmasını faydalı hesab edirəm”.Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.