AZ

Paolo Maldinidən Nikolas Maduro paylaşımı Şəkil

ain.az, Qol.az saytına istinadən bildirir.

Paolo Maldinidən Nikolas Maduro paylaşımı - Şəkil

İtaliya futbolunun və “Milan”ın əfsanəvi futbolçusu olmuş Paolo Maldini ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatla bağlı mövqeyini açıqlayıb. Sözügedən əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ələ keçirilib.

QOL.az xəbər verir ki, Maldini sosial şəbəkədə yayımlanan videonu repost edərək paylaşımında belə bir ifadəyə yer verib:

“27 illik diktaturadan sonra... Venesuela azaddır.”

Qeyd edək ki, Paolo Maldini Venesuela vətəndaşlığına malikdir. Onun həyat yoldaşı, keçmiş model Adriana Fossa Venesuelada anadan olub. Maldininin bütün övladları isə həm İtaliya, həm də Venesuela vətəndaşıdır.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
qol.az

2Mənbələr