ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Araz-Naxçıvan" 3 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan” məşqlərini bu gündən bərpa edib.
QOL.az xəbər verir ki, komanda qış fasiləsini Bakıda keçirəcək.
Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq.
Yanvarın 18-də keçiriləcək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.