AZ

Maduronun oğlundan xəyanət ittihamı

Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra diqqəti Venesuelada hakimiyyətdaxili xəyanət ehtimalına çəkib.

"Yeni Sabah" xəbər verir ki, kiçik Maduro atasının həbsi ilə bağlı onlayn səs yazısında məsul şəxslərin nə vaxtsa üzə çıxacaqlarını bildirib.

Venesuela parlamentinin üzvü və hakim Birləşmiş Sosialist Partiyasının (PSUV) təmsilçisi də olan Maduro Guerra "xarici təcavüzə qarşı daha sıx siyasi və hərbi koordinasiyanın lazım olduğunu” qeyd edib.

O, qəzəb və kədər hissinə baxmayaq, hərəkatın küçələrdə etiraz aksiyalarına davam edəcəyini vurğulayıb: “Bizi zəif görmək istəyirlər. Yaxşıyıq, sakitik. Bizi xalqın arasında görəcəksiniz. Əlbəttə, canımız yanır, əlbəttə, qəzəbliyik, amma buna nail ola bilməyəcəklər”.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
62
2
yenisabah.az

3Mənbələr