AZ

Rusiyada 35 yük vaqonu relsdən çıxdı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanın Amur bölgəsində Trans-Baykal Dəmir Yolunda 35 yük qatarı vaqonu relsdən çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb. 

Yük qatarının relsdən çıxması ilə bağlı cinayət işi açılıb: "Yanvarın 5-də Maqdaqaçinski rayonunda Trans-Baykal Dəmir Yolunun Qonja-Qudaçi hissəsində yük qatarı relsdən çıxıb. Qəza nəticəsində 35 vaqon relsdən çıxıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekoloji təhlükə yoxdur".

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə xilasetmə qatarları göndərilib. Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı qrupu əraziyə cəlb olunub. 

Amur vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsində işçi qrup yaradılıb. 

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
3
unikal.az

4Mənbələr