AZ

Qeyri-iş günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı, 5 yanvar, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr- 4 yanvar qeyri-iş günlərində 62 min 690 sərnişin daşıyıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, Abşeron dairəvi dəmir yolu ilə – 48 min 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu – 8 min 885 nəfər, (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 5 min 263 nəfər sərnişin daşınıb.

 

Seçilən
130
10
azertag.az

10Mənbələr