AZ

"Maduro bu gün Türkiyədə ola bilərdi, amma o hazırda həbsdədir” - Amerikalı senator

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən imtina etmək və Türkiyədə təhlükəsiz, o cümlədən rahat bir həyat sürmək üçün bir razılaşma təklif etdiyi, lakin 63 yaşlı liderin təklifi rədd etdiyi ortaya çıxıb.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampla eyni təyyarədə səyahət edən amerikalı senator Lindsi Qraham məlumat verib.

"Maduro bu gün Türkiyədə ola bilərdi, amma o hazırda həbsdədir. Maduro özündən başqa heç kimi günahlandırmamalıdır. Tramp ona çıxış yolu təklif edib. O, Trampa və ABŞ ordusuna meydan oxumağı seçib. Maduro indi həbsxanada olduğu yerdədir", - deyə siyasətçi vurğulayıb.

Qeyd olunub ki, Qrahamı dinləyən Tramp başını tərpətərək iddiaları təsdiqləyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
117
missiya.az

1Mənbələr