AZ

Kirayədə qalan hərbi qulluqçulara 15 milyon manatdan çox vəsait ayrılıb

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində kirayəyə götürülmüş yaşayışsahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda vəistefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pulkompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdətutulub.

Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəməhakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğunsaxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğindəvəsait nəzərdə tutulub. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə465,6 milyon manat və ya 4 faiz çoxdur.

Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tamkomplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatınındaha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdəmüdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkiliilə bağlı tələb olunan vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərəalınıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəməhakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindənmaliyyələşən təşkilatların büdcədənkənar xərcləri 490,2 milyonmanat təşkil edəcək.

Seçilən
67
4
az.trend.az

6Mənbələr