AZ

Avropa silahlanmağa davam etməsə axırı çatacaq – Tusk

Bakı. Trend:

Avropa zəif və parçalanmış olarsa, hətta müttəfiqləri belə onuciddiyə almayacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir bəyanatla Polşanın Baş naziriDonald Tusk çıxış edib.

“Zəif və pərən-pərən olmuş Avropanı heç kim ciddiyə almayacaq.Nə düşmənlər, nə müttəfiqlər. Bu, artıq aydındır. Biz əvvəl-axır özgücümüzə inanmalıyıq, biz silahlanmalıyıq, məhz indi bir olmalıyıq.Bir nəfər hamı üçün və hamı bir nəfər üçün. Əks təqdirdə axırımızçatacaq”, - deyə Tusk öz “X” hesabında yazıb.

Qeyd edək ki, Polşanın Baş naziri bunları ABŞ-nin beynəlxalqarenada son addımlarını - Venesuelaya endirilən zərbələri, eləcə dəAmerika lideri Donald Trampın Vaşinqtonun ərazi iddialarını, ocümlədən Danimarkanın tərkibinə daxil olan Qrenlandiyaya dairbəyanatlarını şərh edərkən bildirib.

Məqalədə:
Seçilən
73
1
az.trend.az

2Mənbələr