AZ

Psixiatriya xəstəxanasında müalicə alan pasiyent ölüb

Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan pasiyent ölüb.

Ölkə.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə yanvar ayının 4-də qeydə alınıb.

Xəstəxanada müalicə olunan 1983-cü il təvəllüdlü Yusif Nəsibov dünyasını dəyişib.

Məlumata görə, Y.Nəsibov vərəm xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
73
2
olke.az

3Mənbələr