AZ

Tramp Hindistanı Rusiyadan neft aldığı üçün yeni tariflərlə hədələyib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hindistan hökumətini Rusiyadan neft alması ilə bağlı yeni tariflərlə hədələyib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti brifinqdə deyib.

“Baş nazir Narendra Modi çox yaxşı insandır. O, yaxşı bir insandır. Mənim narazı olduğumu bilirdi. Amma onlar (red. Hindistan və Rusiya) ticarət edirlər və biz onların mallarına tarifləri çox tez bir zamanda artıra bilərik”, - Tramp bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Hindistanın əksər mallarına tarifləri 50%-ə qədər artırmışdı və bu ABŞ-a məhsul ixrac edən Hindistan şirkətlərinə ciddi zərbə vurmuşdu.

Noyabr ayında Hindistanın enerji nəhəngi “Reliance Industries” beynəlxalq sanksiyalara uyğun olaraq Rusiyadan neft idxalını tam dayandırsa da hazırda tədarük artıq bərpa edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
5
apa.az

6Mənbələr