Bu il Azərbaycanda bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün dövlət büdcəsində 100,1 milyon manat subsidiya nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən illə müqayisədə 5,3 % çoxdur.
2026-cı ildə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər isə 2025-ci illə müqayisədə eyni - 38,3 milyon manat proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il Hesablama Palatası "Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin auditinin nəticələrinə dair Auditor hesabatı" hazırlayıb.