AZ

“Trampın Venesueladakı hərəkətləri qanunsuz, lakin tutarlıdır” Medvedev

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin Venesuelaya hücumunu şərh edib.

525.az TASS-a istinadən xəbər verir ki, o, ABŞ-nin addımlarının qanunsuz, lakin tutarlı olduğunu bildirib.

Medvedev ABŞ-nin Rusiyanın bəzi hərəkətlərini tənqid etmək hüququnu itirdiyini vurğulayıb.

O, ABŞ-nin davamlı olaraq başqa ölkələrin qaynaqlarını hədəf aldığını söyləyib:

“Maduro indiki ABŞ rəhbərliyinin əsas məqsədinin neft və digər mineralları talamaq olduğunu dəfələrlə bildirib. Tramp bunu da gizlətmir. ABŞ prezidentinin davranışının qeyri-qanuni olduğu açıq-aşkar olsa da, tutarlı olduğunu inkar edə bilməzsiniz. O və komandası öz ölkələrinin milli maraqlarını müdafiə etməkdə çox qətiyyətlidir”.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
525.az

1Mənbələr