AZ

Keçən ilin son ayında 25 aptekdə yoxlama aparılıb

Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ümumilikdə 25 aptekdə yoxlama keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Yoxlama nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Seçilən
86
16
far.az

10Mənbələr