Sabah başlayacaq şahmat üzrə Azərbaycan 1-ci Dəstəsinin mükafat fondu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Qurum çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb. Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdı. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaq. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdü. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək.
Qeyd edək ki, Azərbaycan 1-ci Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta