AZ

"Maduronun devrilməsi yaxşı xəbərdir, amma metodu bəyənmədim" -Makron

Fransa Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ-nin istifadə etdiyi metodları dəstəkləmir.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Maud Brejon Yelisey sarayında keçirilən brifinqdə bildirib.

“İstifadə olunan metodlar nə dəstəklənir, nə də təsdiqlənir. Bunlar Fransa Prezidenti Emmanuel Makronun sözləridir”, - o deyib.

Brejonun sözlərinə görə, Makron Fransanın beynəlxalq hüquq və xalqların azadlığını müdafiə etdiyini bəyan edib. Fransa lideri ABŞ-nin əməliyyatının beynəlxalq hüquqa uyğun olmadığına inanır.

Həmçinin hökumətinin sözçüsü əlavə edib ki, Makron Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını yaxşı xəbər hesab edir.

Seçilən
101
2
redaktor.az

3Mənbələr